
Azərbaycan Monteneqroda ən böyük kurort kompleksi tikir.
ANS PRESS-in məlumatına görə, Azərbaycan Monteneqroda premium klass kurortu tikir. Portonovi adlı layihə artıq 2017-ci ildə Adriatik dənizinin sahilində ilk turistlərini qəbul edəcək.
Kumbor- Adriatik dənizinin cənub şərqində yerləşən balaca şəhərdir. Bir neçə il əvvəl YUNESKO Kumborun Kotor-Risans körfəzini dünya təbii xəzinəsinə və mədəni irsləri siyahısına daxil edib.
Son illərdə Monteneqro höküməti bütün dünya üzrə turist axınını təmin edərək turizm sahəsinin inkşafını qarşısına məqsəd kimi qoyub. Bununla da Turizm Monteneqronun əsas gəlir mənbəyinə çevrilib.
Bu layihəni Monteneqroda Azmont Investments adlı Azərbaycan şirkəti reallaşdırır. Azərbaycan Dövlət Neft Şirkətinin vəsaiti hesabına Kumboredə tikilən bu turizm kompleksi Avropada One&Only markası adı altında fəaliyyət göstərən ilk istirahət mərkəzi olacaq.
Bu brend Maldivdə, Baham adalarında və ya Kayman adalarında istirahət edənlərə daha yaxşı tanışdır. Bu kompleksdə istirahət edənlər tanınmış və imkanlı şəxslərdir.
Bu layihənin tikintisi keçmiş hərbi bazanın ərazisində həyata keçirilir. Ərazisi 25 hektar sahəni əhatə edir. Tikintinin dəyərinin 500 milyon avro təşkil edəcəyi bildirilib. Layihəyə əsasən Kumboradakı kompleks 5 ulduzlu otel ,One&Only adlı 550 villa və mənzildən ibarət olacaq. Mağazaların və restoranların altında 150 ticarət mağazası, həmçinin spa-mərkəzlər, idman obyektləri, yaxtalar üçün şəxsi marina və helikopter meydançası olacağı gözlənilir.
Kumbora ayrıca təhlükəsizlik orqanları, polis idarəsi, yanğın söndürmə məntəqəsi, xilasetmə məntəqəsi olan ayrıca şəhərcik olacaq. Kurort zonası eyni anda 25 000 insanı qəbul edə biləcək. Bu isə öz növbəsində Kumbor kurortunu Monte-Karlo, Portofino və Fransanın Lazur sahilləri ilə bir səviyyədə olacağı gözlənilir.
"Azmont Investments"- in icraçı direktoru Sergey Bikran əmindir ki, bu istirahət kompleksi ,nəinki, Monteneqroda hətta bütün dünyada ən gözəl istirahət kompleksi olacaq. Kompleksin baş memarı Devid Harper isə əminliklə deyir ki, Portonovi son 50 ildə Avropada ən böyük istirahət kompleksi olacaq.
"Biz fəxr edirik ki, Monteneqronun bütün gözəlliklərini göstərə bildik və çox qürur duyuruq ki, Azərbaycan investorları Monteneqronun turizm sahəsinə investisya yatırıblar", - deyə Harper qeyd edib.