Milli Məclisdə büdcə müzakirəsi - Nazir iştirak edir
Tarix: 2-10-2015, 12:38 |
Çap et
Azərbaycanın 2016-cı il üzrə büdcə zərfi Milli Məclisdə müzakirəyə çıxarılıb.
Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu AzVision.az-a açıqlamasında bildirib ki, 2016-cı il üzrə büdcə zərfi hazırda Milli Məclisin İqtisadi siyasət komitəsində müzakirə olunur.
Müzakirədə maliyyə naziri Samir Şərifov da iştirak edir.
Qeyd edək ki, 2016-cı il üzrə büdcə zərfi oktyabrın 13-ü və 14-də Milli Məclisin plenar iclaslarında müzakirəyə çıxarılacaq.
Büdcə zərfinə “Azərbaycan Respublikasının 2016-ci il dövlət büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2016-cü il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2016-ci il üçün ehtiyac meyarının həddi haqqında”, “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-ci il büdcəsi haqqında” qanunları, Azərbaycan Milli Məclisinin və Azərbaycan Hesablama Palatasının 2016-ci il üçün xərclər smetaları daxildir.