"Qarabağ" "Anderlext"ə qalib gəlməyə çalışacaq
Tarix: 1-10-2015, 18:01 | Çap et
"Qarabağ" "Anderlext"ə qalib gəlməyə çalışacaq
Səfərdə İngiltərənin "Tottenhem" klubuna məğlub olan Ağdamın "Qarabağ" klubu sözsüz ki Bakıda azarkeşlərini sevindirməyə çalışacaq.

ANS PRESS-in məlumatına görə "köhlən atlar" Belçikanın ən titullu klubuna qarşı oyunda Avropa Liqasının qrup mərhələsi çərçivəsində ilk qələbəsini qazanmaq iddiasındadır. Elə bu səbəbdən təmsilçimizin ilk dəqiqələrdən hücum futboluna üstünlük verməsini proqnozlaşdırmaq olar.

Buna görə də yəqin ki, Ağdam təmsilçisinin heyətində Samuel Armenterosu görə biləcəyik. Əsas yük isə Reynaldo ilə Əfran İsmayılovun üzərində olacaq.

Heyətlərə gəlincə, "Qarabağ" klubunun heyyətində elədə ciddi itki yoxdur. Elə bu sözləri Belçika təmsilçisi barədə də demək olar.

Azərbaycan klublarının Belçika təmsilçiləri ilə görüşlərin statistikasına gəlincə, adıçəkilən ölkələrin təmsilçiləri 6 dəfə üz-üzə gəlib və bu oyunların 3-də klublarımız qələbə qazanıb, 2-də məğlub olub, 1 oyun isə heç-heçə ilə nəticələnib.
Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq "Qarabağ" - "Anderlext" matçının start fiti saat 22:00-da səslənəcək. Oyun avstriyalı hakimlər briqadası tərəfindən idarə olunacaq.

"Qarabağ" klubu son oyununu Futbol üzrə Azərbaycan Premyer liqasının 6-cı turu çərçivəsində "Neftçi" klubuna qarşı keçirib. Suraxanı qəsəbə stadionunda baş tutan oyun 1:1-lik bərabərliklə başa çatıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net