Daha bir “Nida” fəalı istefa verib
Tarix: 1-10-2015, 16:52 | Çap et
Daha bir “Nida” fəalı istefa verib
“Nida” Vətəndaş Hərəkatının üzvü Şahin Novruzlu istefa verib.

APA-nın məlumatına görə, o, bu barədə özünün “Facebook” sosial şəbəkəsindəki səhifəsində yazıb.

Ş. Novruzlu istefasının səbəblərini açıqlamayıb: “Bu gündən üzvü olduğum "Nida" Vətəndaş Hərəkatının sıralarını tərk edirəm. "Nida" ilə bağlı çoxlu xoş xatirələrim var və bunun belə də qalmasını istəyirəm. İstefamla bağlı bundan əlavə heç bir açıqlama olmayacaq”.

Xatırladaq ki, bir gün əvvəl hərəkatın İdarə Heyətinin üzvü Üzeyir Məmmədli və Aygün Pəncəliyeva da hərəkatdan istefa veriblər.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net