Ermənistan gələn il üçün hazırladığı büdcənin həcmini açıqladı
Tarix: 1-10-2015, 15:34 | Çap et
Ermənistan gələn il üçün hazırladığı büdcənin həcmini açıqladı
Ermənistan hökuməti ölkənin 2016-cı il üçün nəzərdə tutulmuş büdcə layihəsini təsdiq edib.

Modern.az Ermənistan KİV-nə istinadla xəbər verir ki, gələn il üçün Ermənistan büdcəsinin gəlirləri 1,219 trilyon dram (2,688 milyard manat), xərcləri isə 1,411 trilyon dram (3,112 milyard manat) olacaq. Bu arada büdcə kəsirinin miqdarı 192,4 milyard dram, yaxud 423,2 milyon Azərbaycan manatı təşkil edəcək.

Qanun layihəsi sabah Ermənistan parlamentinin müzakirəsinə çıxarılacaq.

Qanun layihəsi qəbul olunaduqdan sonra təsdiqlənməsi üçün prezident Serk Sərkisyana təqdim ediləcək.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net