"Ad günümü Ağdamda keçirəcəyəm" - Mənsum İbrahimov
Tarix: 1-10-2015, 14:59 | Çap et
"Ad günümü Ağdamda keçirəcəyəm" - Mənsum İbrahimov
Xalq artisti Mənsum İbrahimovun ad günüdür.

55 yaşı tamam olan xanəndə təəssüratlarını Axşam.az-la bölüşüb:

“İlk təbrikimi bir gün qabaqdan oğlum İbrahimdən almışam. 11 yaşı var. Valideyn kimi bu mənə xoşdur və dünən gecə saat 12:00 keçəndən təbriklər başlayıb. Xarici ölkələrdən, Azərbaycanın bölgələrindən dostlarım, musiqiçilər, tamaşaçılar, jurnalistlər mənə təbriklər yollayır. Bir sənətkar üçün bu böyük diqqətdir. Məni sevənlərə təşəkkür edirəm. Allahıma şükr edirəm ki, bu səsi mənə verib, ömrümü hədər keçirməmişəm. 55 yaş az deyil, bu illər ərzində musiqimizə, sənətimizə xidmət etmişəm və edirəm də”.

M.İbrahimov ən böyük arzusunu da dilə gətirib:

“Bu il arzum olub ki, doğum günümü ayın 4-də gedib Ağdamda, cəbhə bölgəsində əsgərlərimiz və məcburi köçkünlərimizlə birgə qeyd edim. Artıq təşəbbüsdə var. Bir çox sənətkarları da dəvət etmişəm ki, bu günü mənimlə birlikdə olsunlar. Onlar da öz musiqiləri ilə əsgərlərin qarşısında çıxış etsinlər”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net