Bank müdiri jurnalistlərə qarşı
Tarix: 1-10-2015, 14:50 | Çap et
Bank müdiri jurnalistlərə qarşı
Parlament seçkilərində diqqətdən kənarda qalan bir seçki dairəsi mövcuddur.

Axar.az-ın verdiyi xəbərə görə, sözügedən 121 saylı Laçın Seçki Dairəsində YAP-ın vahid namizədinə qarşı 7 bitərəf namizəd mübarizə aparacaq.

Hakim partiyanın bu dairədən irəli sürdüyü namizəd Zaminbank ASC-nin filial müdiri Mahir Abbaszadədir.

Ona rəqib olanlar arasında Dövlət Sosial Müdafiə Fondunun Laçın şöbəsinin müdiri Ramiz Mehtiyev, rayon Əhalinin Sosial Müdafiə Mərkəzində aparıcı çalışan Abdulla Abdullayev var.

Dairədə iki media nümayəndəsini də görmək olar. “Xalqinfo.az” saytının baş redaktoru Tural Məmmədov, “Laçın” qəzetinin redaktoru Mayıl İlyasovun namizədliyi rəsmiləşib.

Laçının 20 saylı məktəbinin direktoru Dünarə Əbdürəhimova, rayonun Hacıxanlı kənd məktəbində müəllim işləyən Elməddin Əkbərli, 3 saylı uşaq baxçasında çalışan Yılmaz Həsənova da seçkilərə bu dairədən qatılıb.

Qeyd edək ki, Azərbaycanda parlament seçkiləri noyabrın 1-də keçiriləcək.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net