Əhali maaşların gecikdirilməsindən gileylənir
Tarix: 1-10-2015, 13:13 |
Çap et
2015-ci ilin yanvar-sentyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidmətinə vətəndaşlardan 6 438 şikayət daxil olub.
Trend-in məlumatına görə, bunu mətbuat konfransında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəhbəri Fuad Əlizadə deyib.
Onun sözlərinə görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə iki dəfə artıb: "Şikayətlər əsasən işverənlərin əmək haqlarını gecikdirmələri ilə bağlıdır".