Prezidentdən "Qarabağ" açıqlaması
Tarix: 1-10-2015, 12:24 |
Çap et
"Qələbə qazanmağımız daha yaxşı olar, lakin uduzsaq..."
"Anderlext"in prezidenti Rocer Vanden Stok Avropa Liqasının qrup mərhələsində qarşılaşacaqları "Qarabağ"la oyun haqda danışıb.
ANS PRESS-in məlumatına görə, klub rəhbəri Bakıda yaxşı nəticə qazanacaqlarına inandığını bildirib:
"Qarabağ"la oyunda yaxşı nəticəyə inanıram. Qəbələ qazanmağımız daha yaxşı olar. Lakin uduzsaq, növbəti mərhələyə vəsiqə qazanmaq işimizi çətinə salacağıq. Turnirə yaxşı başlamadıq. Ancaq komandam oyundan-oyuna daha yaxşı çıxış edir. "Anderlext"in bütün hədəflərinə çatmaq gücündə olduğunu göstərəcəyik".
Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan Belçikanın "Anderlext" klubu bu gün Azərbaycana gəlib. Belçikalıların baş məşqçisi Besnik Hasi Bakıya 22 futbolçu gətirib.
Qapıçılar: Frank Buks, Silvio Proto, Davi Ruf;
Müdafiəçilər: Olivye Deşaxt, Mixael Heylen, Bram Neytnik, İvan Obradoviç;
Yarımmüdafiəçilər: Frank Aşamponq, Stiven Defur, Leander Dendoker, Giyom Jiye, Mahmud Hassan, Serin Mbodji, Endi Nahar, Dennis Prat, Yuri Tilemans;
Hücumçular: İbrahima Konte, İmo Ezekiel, Endi Kavayya, Stefano Okaka, Matias Suares, İdrissa Silla.
Qeyd edək ki, "Qarabağ" - "Anderlext" matçı oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 22.00-da start götürəcək.