Prezidentin sərəncamından sonra tikinti sahəsində nələr dəyişəcək? - ŞƏRHLƏR
Tarix: 30-09-2015, 16:44 | Çap et
Prezidentin sərəncamından sonra tikinti sahəsində nələr dəyişəcək? - ŞƏRHLƏR
Prezident İlham Əliyev "Azərbaycan Respublikasında tikinti sahəsində dövlət nəzarətinin gücləndirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 30 avqust tarixli 624 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda qeyd olunur ki, "Azərbaycan Respublikasında tikinti sahəsində dövlət nəzarətinin gücləndirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 30 avqust tarixli 624 nömrəli fərmanının 5-ci hissəsində "zolaqları," sözündən sonra "ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə, o cümlədən" sözləri əlavə edilsin.

Bu fərmandan sonra dövlətin tikinti sahəsində müəyyən işlər görməsi, tikintiyə dövlət nəzarətinin gücləndirilməsi sahəsində nə kimi işlər görülə bilər? Bu sahədəki müvafiq boşluqlar hansı şəkildə öz həllini tapa bilər?

Tikinti üzrə ekspert, MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov Hafta.az-a açıqlamasında bildirib ki, dövlət nəzarəti deyəndə birinci növbədə tikintinin keyfiyyəti, ikicisi də onun tikinti müddəti nəzərdə tutulur:

“ Yəni, əsas məsələlər bunlardır. Birdə ki, tikintinin yerləşdiyi ərazinin infrostrukturu və kommunal imkanlarına diqqət edilməsinin üzərində dayanılır. Əsas bu göstəricilərdir. Bütün bunlar o sərəncamda öz əksini tapıb. Bu sahədə tez bir zamanda irəliləyiş baş verərsə çox yaxşı olar. Nəzarət mexanizmi var. Bu sahədə müvafiq dövlət qurumları fəaliyyət göstərirlər. Sadəcə olaraq qanunda olan boşluqları doldurmaq lazımdır. Bir də ki, işə görülən işə nəzarət gücləndirilməlidir, təbii ki, bizim ölkəmizdə bunun üçün də nəzarət strukturları mövcuddur”.

Tikinti sektoru üzrə ekspert Ramin Osmanlı isə Hafta.az-a açıqlamasında bildirib ki, təkcə bu bir il ərzində dövlət başçısı tərəfindən sırf tikintiyə nəzarətlə bağlı iki fərman imzalanıb:

“Eyni zamanda tikinti və şəhərsalma məcəlləsinə müvafiq dəyişikliklər edilib. Bu dəyişikliklərdən və sərəncamlardan sonra Fövqəladə Hallar Nazirliyinin tikintilərə nəzarət mexanizmi bir qədər də artırılıb, gücləndirilib. Bundan başqa, tikintiyə icazələrin verilməsi ilə bağlı qaydalarda xeyli sadələşdirmələr aparılıb. Bu cür sərəncamlar vəziyyəti müsbətə doğru dəyişəcək və dəyişir də. Amma bu gün Azərbaycanda tikintiyə icazələrin verilməsi məsələsində vəziyyət bir o qədər də ürəkaçan deyil. Xüsusən də bu mənzil tikintisi ilə bağlı məqamlarda öz əksini tapır. Fərdi yaşayış evlərin tikintisində də problemlər qalmaqdadı. Belə ki, müvafiq icra hakimiyyətləri tərəfindən tikintiyə icazələrin verilməsi ləğv edilsə də mövcud vəziyyətdən sitifadə edən bəzi qurumlar bu nəzarəti öz üzərində saxlayırlar. Bu baxımdan da qanunvericiliyin daha da təkmilləşdirilməsi vacibdir”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net