Putin Bəşər Əsədə hərbi yardım göstərməy rəsmən icazə aldı
Tarix: 30-09-2015, 13:13 |
Çap et
Suriya prezidenti Bəşər Əsd Rusiyadan hərbi yardım istəyib. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bununla bağlı Rusiya Federasiya Şurasına müraciət edən Vladimir Putin ölkənin hərbi qüvvələrinin Suriyada döyüşməsi və İraq-Şam İslam Dövlətinə (İŞİD) qarşı hücumlarda iştirak etməsi üçün icazə istəyib və keçirilən səsvermədən sonra razılıq alınıb.
Rusiya Prezident Administrasiyasının rəhbəri Sergey İvanov isə məsələyə aydınlıq gətirərək Suriyadakı hərbi əməliyyatlarda ölkənin yalınz hərbi hava qüvvələrinin istifadə olunacağını deyib. Onun sözlərinə görə, yerüstü əməliyyatlar istisna olunur.
Bundan öncə, ABŞ kəşfiyyatı Rusiyanın Suriyada 18 qırıcı təyyarə və hava hücumundan müdafiə sistemləri yerləşdirdiyini müəyyənləşdirib.