QAT Qarsda görüşlərini davam etdirib
Tarix: 30-09-2015, 12:07 |
Çap et
QAT nümayəndə heyəti Türkiyəyə səfəri Qars şəhərində davam etdirib. Onlar əvvəlcə “Şəhid və Qazi Ailələri Yardımlaşma və Dayanışma” dərnəyində olublar.
Təşkilatdan Vertikal.az-a verilən məlumata görə, dərnəyin rəhbəri Möhsün Akçay rəhbərlik etdiyi qurumun fəaliyyətindən danışıb ətraflı məlumat verib. QAT sədri Akif Nağı səfərlərinin məqsədindən danışıb, dərnəyə Qarabağ həqiqətlərinə dair “Qarabağ müharibəsi. Qısa tarix”, “Xocalı Soyqırımı”, “Quba məzarlığı – erməni cinayətlərinin qanlı izi”, “Qarabağ gündəliyi” və digər kitabları, həmçinin, “Yaddaş” sənədli filminin nüsxələrini təqdim edib. “Yaddaş” sənədli filminin rejissoru Elxan Xanəlizadə yaradıcı heyətin işi, filmin məzmunu və məqsədi ilə bağlı məlumat verib. QAT-ın Türkiyə təmsilçiliyinin rəhbəri Cəfər Dal iki qardaş ölkənin ümumi problemləri, birgə mücadilə təcrübəsi, görüləcək işlərdən danışıb.
QAT nümayəndələri sonra Türkiyənin tanınmış ictimai-siyasi xadimi, Azərbaycanın vurğunu Turqut Zamanı ziyarət edərək, maraqlı və səmərəli müzakirələr aparıblar. Daha sonra Qars Bələdiyyə başqanı Murtaza Qaraçanta ilə görüşüblər. Görüşdə Bələdiyyə başqanına səfərin məqsədi ilə bağlı məlumat verilib, Qarabağ həqiqətlərinə dair kitablar, “Yaddaş” sənədli filminin nüsxələri təqdim olunub.