Pentaqon təlim proqramını dayandırır
Tarix: 30-09-2015, 11:36 | Çap et
Pentaqon təlim proqramını dayandırır
Pentaqon suriyalı üsyançıların təlim proqramını dayandırıb. Həmin proqram çərçivəsində Suriyadan mötədil üsyançılar Türkiyə və İordaniyaya təlimə gətirilirdi.

500 milyon dollarlıq təlim missiyasının məqsədi üsyançıları Suriyada «İslam Dövləti» yaraqlılarına qarşı hazırlamaq idi. Ancaq proqramı bitirənlərin uğursuzluğu Konqresdə tənqid olunub. Rusiya prezidenti Vladimir Putin də ötən həftə onları məsxərəyə qoyub.

Pentaqonun sözçüsü Peter Cook sentyabrın 29-da deyib ki, bütün proqrama hazırda yenidən baxılır və Suriyadan üsyançıların cəlbi hələlik dayandırılıb.

Proqramın ilk məzunları bu ilin əvvəlində «əl-Qaidə»nin yerli qanadı olan «əl-Nusra» qruplaşması tərəfindən hücuma məruz qalıb və dağıdılıb. Ötən həftə isə Pentaqon etiraf edib ki, 70 döyüşçü avadanlığını və silah-sursatını «əl-Nusra»ya verib. Məlumatlara görə, bunu özlərinin sağ qalması üçün ediblər.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net