Ermənilər təlaşa düşdü: - Yeni müqavilə istəyirlər
Tarix: 30-09-2015, 11:07 | Çap et
Ermənilər təlaşa düşdü: - Yeni müqavilə istəyirlər
“Azərbaycanla yeni atəşkəs müqaviləsi imzalamalıyıq”.

Hafta.az-ın news.am-a istinadən verdiyi xəbərə görə, bunu Ermənistan Müdafiə Nazirliyinin rəsmisi Geqam Harutunyan deyib. Harutunyan bildirib ki, Azərbaycan Ordusunun cəbhə boyu erməniləri üstələməsi bunu deməyə əsas verir:

“Hazırda vəziyyət heç də ürəkaçan deyil. Əvvəlki atəşkəs mexanizmləri demək olar ki, işləmir. Yeni atəşkəs imzalamağa ehtiyac var. Artıq qarşı tərəf bizim avtomat və pulemyotlardan olan atəşlərimizə TR-107 raket zərbələri ilə cavab verirlər. Etiraf etməliyik ki, bu cür gedişat bizim üçün heç də müsbət sonluqla nəticələnməyə bilər. Ona görə də mütləq yeni müqavilə lazımdır”.

Bu fikirlərlə işğalçı ölkənin müdafiə nazirliyi rəsmisi bu fikirlərlə dolayı yolla da olsa, erməni əsgərlərin təşviş içərisində olduğunu ifadə edib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net