Məmmədyarov Klimkinlə görüşdü: Ukrayna qaz istədi
Tarix: 30-09-2015, 10:16 |
Çap et
Ukraynanın Xarici İşlər naziri Pavel Klimkin Nyu Yorkda Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovla görüşüb.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı Ukrayna Xarici İşlər Nazirliyi yayıb. Görüş zamanı tərəflər Ukrayna-Azərbaycan münasibətlərinin siyasi, iqtisadi və humanitar sferalarda inkişaf perspektivlərini müzakirə ediblər.
Xüsusi diqqət energetika sahəsində əməkdaşlığın dərinləşdirilməsinə ayrılıb. Bundan başqa, tərəflər beynəlxalq və regional təşkilatlarda, xüsusilə, BMT və GUAM-da qarşılıqlı fəaliyyətlə bağlı fikir mübadiləsi aparıblar.