Azərbaycanlı gürcü biznesmeni öldürdü
Tarix: 29-09-2015, 18:30 |
Çap et
Peterburqda cari ilin fevral ayında Sofiyski tərəvəz bazasından böyük məbləğdə pul götürərək evə gedən iş adamına hücum etdikləri ehtimal edilən cinayətkarlar saxlanılıb.
Vertikal.az oxu.az-a istinadən xəbər verir ki, Rusiya Federasiyası Sankt-Peterburq üzrə Dövlət İstintaq İdarəsinin istintaq orqanları tərəfindən iki Dağıstan vətəndaşı Rəşid Şabisov və Maqomed Saynaroev, eləcə də Azərbaycan vətəndaşı Rafşan Hüseynov saxlanılıb.
Onlara qarşı əvvəlcədən əlbir olaraq bir qrup şəxs tərəfindən törədilən qətl və iki nəfərə sui-qəsd üzrə ittiham irəli sürüləcək.
İstintaqın versiyasına görə cinayətkarlar Nodari Qriqolaşvilinin böyük məbləğdə pulu olduğunu bilirdilər. Fevralın 26-da onlar Malaya Balanskaya küçəsi 40 ünvanında yerləşən evin girişində onu gözləyiblər. Onlar iş adamına və onun 28 yaşlı qohumuna atəş açıblar, daha sonra is 50 min dolları götürüb hadisə yerindən qaçıblar.
Yaralılar xəstəxanaya çatdırılıblar, orada iş adamı dünyasını dəyişib.
Hal-hazırda saxlanılan şəxslər məhkəmə üzrə həbs edilib və onlara qarşı ittiham irəli sürülüb.
İstintaq davam edir.