Saakaşvili: “Mən qayıtsam, ruslar Gürcüstandan Ermənistana yol açacaq”
Tarix: 29-09-2015, 18:03 |
Çap et
Gürcüstanın eks-prezidenti, Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili ölkəsinə qayıtmağı istisna etmir. Ancaq bir şərtlə: Rusiya prezidenti Vladimir Putin hakimiyyətdən getsin, zəifləsin.
Virtualaz.org saytı xəbər verir ki, Saakaşvili bu haqda “Novaya vremya” qəzetinə müsahibəsində deyib.
“Mən elə bu payız Gürcüstana qayıda bilərəm, heç kim mənə barmağı ilə toxunmayacaq. Lakin ssenari çox sadədir - Tiflisdən o qədər də uzaqda olmayan rus qoşunları bu halda Ermənistana yol açaçacaq və ölkəni hissələrə böləcək. Nə qədər ki Putin getməyib və ya zəifləməyib, mənim Gürcüstana qayıtmaq yolum asan deyil”- deyə Saakaşvili bildirib.