Bazar ertəsi, 24 fevral 2025, 21:53:12  

Taekvando Federasiyası ilə bağlı - Məhkəmə qalmaqalı
Tarix: 29-09-2015, 17:13 | Çap et
Taekvando Federasiyası ilə bağlı - Məhkəmə qalmaqalı
İdman Arbitraj Məhkəməsinin rəsmi saytında (CAS) Azərbaycan Taekvando Federasiyası və Dünya Taekvando Federasiyası arasında oktyabrın 5-də məhkəmə olacağı barədə xəbər yer alıb.

“Qafqazinfo” xəbər verir ki, lakin ATF bu məlumatı təkzib edib. Federasiyanın vitse-prezidenti Nağı Səfərov saytımıza açıqlamasında bu məlumata aydınlıq gətirib qurum rəsmisi bildirib ki, onların adı səhvən CAS-ın siyahısına düşüb:

“Siyahıda türkiyəli taekvandoçu Nur Cəmrə Kaymakla bağlı şikayətdir. Mən bilmirəm ki, bizim adımız orada niyə yer alıb? Çünki bu idmançı ilə bizim heç bir bağlılığımız yoxdur. Bircə onu bilirəm ki, türkiyəli idmançı gənclərin yarışlarında qazandığı titulların böyüklərin yarışlarında qazandıqlarına əlavə edilməməsindən şikayətçidir və buna görə də Dünya Taekvando Federasiyasını məhkəməyə verib. Bizim adımızın hallanmasından xəbərim yoxdur və bunu araşdıracağıq”.

Qeyd edək ki, Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərovdur.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net