Azərbaycan və Rusiya Xəzərdə birgə təlim keçirir
Tarix: 29-09-2015, 15:18 |
Çap et
Azərbaycan və Rusiya Xəzər dənizində birgə təlim keçirir.
Bu barədə APA-ya Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
Məlumat deyilir ki, cari ilin 28-29 sentyabr tarixlərində Rusiya Federasiyasının Sərhəd Xidmətinin sərhəd gözətçi gəmisinin və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin gəmilərinin iştirakı ilə Xəzər dənizinin Azərbaycana mənsub olan hissəsində birgə sərhəd təlimi keçirilir.