"Günəşi oyadanlar ölməzlər"in rejissoru danışdı (VİDEO)
Tarix: 29-09-2015, 13:03 | Çap et
"Günəşi oyadanlar ölməzlər"in rejissoru danışdı (VİDEO)
"Azərbaycanda şok video - Gərək mən beləmi deyim?" deyən Türkay Azəri filminin treylerini bölüşüb, səmimi fikirlərini çatdırır. Vertikal.az olaraq Türkayla söhbəti təqdim edirik:

- Türkay sizi tanıyaq.
- Mən Türkay Ələsgərov(Azəri) 2011 ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetinin bitirmişəm.2008 ci ildən Radio və Televiziya fəaliyyətindəyəm.Səsimi eşidirsiz,üzümü görmürsüz(Gülür)
Estrada rejissoru fakultəsini bitirmişəm.Müəllimim əməkdar artist Vidadi Həsənovdur.Onuda hər kəs bilir necə kişidir.

- Necə?
- (Susur) Bir insan atasını necə sevərsə,dostunu necə sevərsə,qardaşını necə sevərsə bütün tələbələri və son beşiklərindən biri mən olmaqla onu o cür istəyirik.O bizə qalstuksuzda müəllim olmağı,müəllimində yemək yediyini və necə yemək lazım olduğunu öyrətdi.Ola bilərki,çox məşhur insanlar var,qat-qat məşhur,hər birini dəvət etdi və bizə dərs keçdilər universitet dövründə.Amma çoxu məşhur olsada,rejissor-aktyor sənəti pedaqoikasından çox zəif idilər.

- 4 il bu sahəni bilməyə bəs etdimi?
- Yox, əlbət. 4 il sonra təhsilə çox ac olduğumuzu hiss etdik.Və mütəmadi müəllimimizin vaxtını oğurladıq.O bizə necə davranmamızdan tutmuş,necə nəfəs almağımıza qədər öyrətdi və öyrədir.Həmçinin kim öyrənmək istəyirsə qapıları açıqdır.

- Vidadi Həsənovun daha hansı yetirməsilə işləyirsən?
- Hamısı mənim bacılarım və qardaşlarımdır. Bizim yetişməyimizdə onlarında əməyi az deyil.
İstər Oqtay Mehtiyev,Amid Qasımov,Anar Səfiyev,Samir Həşimli və digərləri.
Hamısı böyük qardaşlarımdı.Biz ümumiyyətlə bir ailəyik.Gecə gündüz,isti-soyuq,pullu-pulsuz biz hər zaman birlikdəyik.Bu müəllimimizin bizlə ilk şərtidir.



- Çəkdiyiniz filminizdə heç doğma tələbə yoldaşlarınızı dəvət etdinizmi?
- Əlbət ki,Oqtay Mehtiyev,Anar Səfiyev,Şamil İbrahimovu Günəşi oyadanlar ölməzlər filmində çəkdim.
Sağolsunlar.Məni meydançada tək qoymadılar.İstər mənəvi,istər psixoloji ,istər aktyor kimi.

- Sən həmdə Ans radiosunda aparıcı olmusan.Filmdədə özün aparıcı kimi çəkilmisən.Ssenarisi belə özünündü filmin.Həyatınla bənzərliyi var?
- Bəlkə də(Gülür)

- Nə gözləyirsən tamaşaçılardan?
- Əlbəttə ki diqqət. Deyirlər hər iş insanın özünə bənzəyir.Bu işdə yəqin mən özüməm.

- Filmində ən çox hansı qəhrəmanı bəyənirsən?
- Əslində maraqlı personajlar var.Azərbaycan tamaşaçısında demək olarki ilk.Prodüsser,radio dinləyiciləri,radio aparıcı və.s
Və ən çox filmin yükünü çəkən qara yumor,Prodüsser obrazı Səyyad İlqarda idi.

- Bəs baş qəhrəmanın Arzu obrazı?
- Pərvanə Alıyeva.Çox zəhmətkeş biridir.Birlikdə işdən zövq aldım.
Həmçinin İradə Həsənova,Səmimi Fərhad kimi insanlarla işlədim.Çox sevincliyəm.

- 20 oktyabr təqdimatın,21 oktyabr film artıq tamaşaçılarla qovuşur eləmi?
- Bəli. Ən nəhayətində. Həyəcanlıyam təbii.

- Burdan tamaşaçılara nə demək istəyirsən?
- Tamaşaçıları o qədər aldadıblar ki,nə deyim?
Filmdə reklam yoxdur.Məhz sizin oturaraq 83 dəqiqə bir hekayəyə baxıb dəyərləndirməniz üçün nəzərdə tutulub.Və birdə demək istəyirəm ki,mən Azərbaycanlıyam.Doğmanız,qardaşınız dostunuzam.Düşmən deyiləm.Gəlin filmimizin inkişafı üçün əlimizdən nə gəlir edək.Öyrənək,çəkək.


Qeyd edək ki, "Günəşi oyadanlar ölməzlər" filmi 21 oktyabrdan tamaşaçıların ixtiyarındadır. Film Türkay Azərinin rəhbəri olduğu "Temp Production" tərəfindən ərsəyə gəlib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net