Məmur oğlunun toy karvanı yolda özbaşınalıq etdi - VİDEO
Tarix: 29-09-2015, 11:30 | Çap et
Məmur oğlunun toy karvanı yolda özbaşınalıq etdi - VİDEO
Qazaxıstanın Daxili İşlər Nazirliyinin yüksək rütbəli məmurunun oğlunun toyu zaman çəkilən görüntülər geniş rezonans doğurub. Modern.az Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, internetdə yayılan görüntülər toy karvanının yol hərəkət qaydalarını kobud şəkildə pozduğunu və nömrəsiz maşınların paytaxt Astana küçələri ilə arxa-arxaya hərəkətini və yolun qarşı tərəfinə çıxdığını əks etdirir.

Məlumata görə, Qazaxıstan Daxili İşlər Nazirliyinin yüksək rütbəli məmurunun oğlunun toyundan çəkilən görüntülər Astananın mərkəzi Kunayev küçəsi ilə Turan prospekti arasındakı kəsişmədə çəkilib.

Qazaxıstanın siyasi rəhbərliyi də fakta sərt reaksiya verib. Toy karvanındakı 9 nəfər saxlanılıb və onlar inzibati məsuliyyətə cəlb olunmaqla yanaşı, sürücülük hüququndan məhrum ediliblər.






Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net