Qazaxıstan nüvəsiz dünya istəyir
Tarix: 29-09-2015, 10:51 | Çap et
Qazaxıstan nüvəsiz dünya istəyir
Qazaxıstan prezidenti Nursultan Nazarbayev dünyanı BMT-nin yüzilliyi tamam olanadək, yəni 2045-ci ilədək nüvə silahlarından əl çəkməyə çağırıb.

Sentyabrın 28-də BMT Baş Assambleyasında çıxış edən Nazarbayev deyib ki, nüvə silahları olmayan dünya “21-ci əsrdə bəşəriyyətin əsas məqsədinə çevrilməlidir”.

Prezidentin sözlərinə görə, Qazaxıstan dünyada nüvə obyektini bağlayan ilk ölkə olub və dünyanın dördüncü böyük nüvə arsenalından imtina edib.

Nazarbayev həmçinin dünya ictimaiyyətini Ukrayna münaqişəsini tezliklə həll etməyə çağırıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net