AŞPA sədri Qarabağ haqqında: Tərəflərə təzyiqlər göstərilməlidir
Tarix: 29-09-2015, 09:51 | Çap et
AŞPA sədri Qarabağ haqqında: Tərəflərə təzyiqlər göstərilməlidir
Qarabağda zorakılıq hallarının artması narahatlıq doğurur və biz razılaşmanın əldə olunması və münaqişənin həlli yolunun tapılması üçün hər iki tərəfə təzyiqlər göstərməliyik.

AzVision.az xəbər verir ki, Ann Brasör Avropa Şurası Parlament Assambleyasının (AŞPA payız sessiyasının ilk iclasına dair brifinqdə bildirib.

“Biz bu insanları qorumalı və hər iki tərəfə təzyiqlər göstərməliyik”, - deyə Brasör vurğulayıb.

Onun sözlərinə görə, daha əvvəl KİV-lərin ilk səhifəsində Ukrayna idi, indi isə miqrantlar məsələsidir. Digər böhranlar da ilk səhifələrdən çıxır. Lakin münaqişə yoxa çıxmayıb. ATƏT rəhbəri KİV-i bu məsələ barədə daha çox yazmağa çağırıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net