Rusiya "Hizbullah"la əməkdaşlığa başladı - Köhnə Sovet tankları "Hizbullah"a verildi
Tarix: 28-09-2015, 15:15 | Çap et
Rusiya "Hizbullah"la əməkdaşlığa başladı - Köhnə Sovet tankları "Hizbullah"a verildi
Mərkəzi Livanda yerləşən “Hizbullah” təşkilatı Suriyada Bəşər Əsəd rejimi tərəfindən təşkil etdiyi əməliyyatlara son verdiyini açıqladıqdan sonra Rusiyanın müttəfiqinə çevrilib.

Avropa.info xəbər verir ki, əl-Qaidə və İŞİD-ə qarşı qurduğu yeni tank briqadası ilə döyüşdəki yerini tutmağa hazırlaşan təşkilatın Rusiyanın verdiyi köhnə sovet tanklarını istifadə etdiyi bildirilir.

T-55 və T-72 tipli 75 sovet dövrünə aid tankı Hizbullaha verən Rusiyanın eyni zamanda İranlı rəsmilərlə də bir qərargah qurduğu ortaya çıxıb.

“Guardian” qəzeti tərəfindən hazırlanan hesabatda Rusiyanın Suriyadakı mövqeyi qiymətləndirilib.

Hesabata görə Rusiya Nüsrət Cəbhəsinə qarşı əməliyyatlar həyata keçirməyi və eyni anda İŞİD-lə döyüşməyi planlaşdırır.

Bundan başqa İran Rusiya ilə 21 milyard dollarlıq silah razılaşmasına imza atıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net