İranın yüksək çinli diplomatı Mina faciəsində itkin düşüb
Tarix: 28-09-2015, 13:48 |
Çap et
FaktXeber.com-un verdiyi məlumata görə, bir neçə gün öncə Həcc əməllərini yerinə yetirərkən faciləli şəkildə ölən və itkin düşən zəvvarlar arasında İranın yüksək çinli diplomatı Qəzənfər Rüknabadi də olub.
Uzun müddət Livanda səfir işləmiş və bir neçə dəfə Səud rejiminə yaxın olan Abdullah İzam terror qruplaşması tərəfindən terrora məruz qalan diplomatın itkin düşməsi şübhələri artırıb.
Bu gün İranın ikinci kanalı Rüknabadinin Ərəbistan xəstəxanalarının birindi olması barədə məlumata yaysa da ailəsi deyilənləri qəti rədd edib.
Öz növbəsində bu gün İran Ekspertlər Məclisinin vitse-spikeri Ayətullah Şahrudi Həcc mərasimində baş vermiş hadisə haqda danışaraq, bu olayın təxribat ehtimalından söz açıb. O, bildirib ki, əksəriyyətinin İran və Afrika şiələrinin hərəkət etdiyi yolun qarşısının qəfil alınması bu hadisənin bilərəkdən törədilməsi barədə şübhələri daha da artırır.