Messi “El-Klasiko”da oynaya biləcəkmi?
Tarix: 28-09-2015, 13:40 | Çap et
Messi “El-Klasiko”da oynaya biləcəkmi?
“Las-Palmas”la çempionat oyununda zədələnərək, sıradan çıxan “Barselona”nın ulduz futbolçusu Lionel Messinin nə vaxt sıraya dönəcəyinə aydınlıq gəlib. Lent.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, argentinalı hücumçu “El-Klasiko”da forma geyinə biləcək. Belə ki, həkimlər Messinin zədəsini ən geci 8 həftəyə sağaldacağını bildiriblər. Bu isə o deməkdi ki, noyabrın 21-də Madrid “Real”ı ilə keçiriləcək qarşılaşmada 28 yaşlı futbolçu meydana çıxacaq. Bu xəbər Kataloniya klubunun baş məşqçisi Luis Enrikeni sevindirib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net