İqbal Ağazadə seçkiyə gedən bütün yolları açıqladı – MÜSAHİBƏ
Tarix: 28-09-2015, 11:36 |
Çap et
Ona “mandat alveri” ilə bağlı sual verəndə, çox qəribə baxdı, əsəbləşdi, yoxsa təəccübləndi bilmirəm... Bütün hallarda adi reaksiya olmadı. Əslində hər suala sakit cavab verirdi, amma bundan başqa. Söhbət boyu emosiyaları kifayət qədər tənzimləyir, hirsləndirmək istəyəndə belə çalışır anadolular demiş efendiliyi pozmasın...
Əvvəli 1-ci hissədə (http://hafta.az/index2.php?m=yazi&id=163595 )
Söhbət millət vəkili, Ümid Partiyasının sədri İqbal Ağazadədən gedir. Seçkiqabağı hazırkı siyasi vəziyyəti, real mübarizənin harada və necə getdiyini ətraflı dartışdıq. Kifayət qədər fərqli və diqqətçəkən cavablar aldıq:
“HEÇ KİMƏ GÜZƏŞTƏ GETMƏYƏCƏYİK”
- Namizədlərinizdən başqa müxalifət partiyaları ilə toqquşan varmı?
- Var. Arif Hacılı ilə Üzeyir Cəfərov toqquşur.
- Bəs Üzeyir bəyi Arifi Hacılının xətrinə geri çəkmək fikriniz var?
- Yox, heç bir namizədimizi kiminsə xatirinə görə geri çəkmək fikrimiz yoxdur. Heç kimə güzəştə getməyəcəyik.
- Axıracan güzəştə getməyəcəksiniz?
- Yox heç kimə güzəştə getməyəcəyik. Heç kim bizim namizədlərin şansını kiçik hesab etməsin. Rəqibimiz partiya rəhbəridir, bizim namizəd partiya rəhbəri deyil deyə namizədliyi geri götürmək anlayışını qəbul etmirəm. Hətta ola bilər ki, namizədin gücü partiya başqanının gücündən də üstün olsun. O seçici ilə işləməkdən asılıdır.
- 125-lər Siyasi Klubunun şanslarını necə hesab edirsiniz?
- Oradan hansı güclü namizədləriniz var? İlhamiyyə Rza, Günel Səfərova, Yeganə Hacıyeva, Aysel Əlizadə və s. var. Var, çoxdur.
- 125-lər yeni bir projedir. Real olaraq parlamentdə onlardan kimlərisə görürsünüzmü?
- Çox istərdim ki, cəmiyyət parlamentin rəngini dəyişmiş görsün. Cəmiyyətin rəngi ilə parlamentin rəngi uyğun olsun.
- Bəs bunun reallaşması üçün ehtimal nə qədərdir?
- Mən Nastradamus deyiləm. Hələ ki, birinci mərhələdə, qeydiyyat mərhələsindəyik. Tutaq ki, Aysel Əlizadə, İlhamiyyə Rza qeydə, Günel Səfərova, Üzeyir Cəfərov və digərləri qeydə alınsın, ondan sonra ərazidə təbliğat işlərini hansı formada quracağımızı müəyyənləşdirək. Və bu proseslərin nəticəsində şnslarımızı təxmin etmək mümkün olacaq.
“NƏ MÜMKÜNDÜ, ONU DA EDIRIK”
- Bu günə qədər neçə namizədiniz qeydə alınıb?
- Bu günə qədər 3 namizədimiz qeydə alınıb.
- Əngəllər yoxdur ki?
- Əngəllər çoxdur. Məsələn Beyləqan rayonunda qapı-qapı düşüb bizim namizədə imza vermiş adamlardan etiraz ərizəsi yığıblar.
- Bəs belə olan təqdirdə nə edirsiniz?
- Bəyanat vermişik, MSK-ya müraciət etmişik. Nə mümkündü, onu da edirik.
“FACEBOOKDAMƏNIMEDƏCƏKLƏRİMİNALICISIYOXDUR”
- İqbal bəy, son zamanlar sosial şəbəkələr çox dəbdədir. Amma sizi nədənsə çox görmürük bu şəbəkələrdə, niyə?
- Bəli, mən facebook səhifəmi özüm işlətmirəm. Admin işlədir.
- Niyə?
- Bilirsiniz, sosial şəbəkə Azərbaycanda olduqca məhduddur. Siyasət üçün məhduddur. Ola bilər ki, şəxsi ünsiyyət üçün yaxşı olsun. Siyasi cəhətdən 250- 300 adam aktiv ola ya olmaya. Qalan hamısı saxtadır.
- Siz hər zaman daha modern siyasət sərgiləmisiniz. Bir sahadəd də bir qədər örnək olun də…?!
- Bu mümkün deyil. Əgər alıcı yoxdursa məhsul istehsal etməyin, təklif etməyin mənası yoxdur. Facebookda mənim edəcəklərimin alıcısı yoxdur. Mən çox rahatca ayda 300 dollar Facebooka pul ödəyib səhifə izləyicilərimin sayını 100 minə çatdıra bilərəm. İnanın ki, Afrikada olan o izləyicinin mənə heç bir aidiyyatı yoxdur. Mənim bir paylaşımımı 2000 adam “like” edirsə bu heç nəyi dəyişməyəcək. Statuslarımı bəyənən aktiv siyasilərin siyahısı 180-200 nəfərdən o yana keçmir. Oxuyan budur. Siravi vətəndaşların siyasi məsələlərə münasibəti facebook üzərindən gəlmir. Azərbaycan seçicisi facebookda gördüyümüz seçici deyil. Orada o seçici yoxdur. Bunu tam əminliklə deyirəm.
- Tutaq ki, facebook üzərindən siyasi fikirlərinizi paylaşmaq usandırıcı olur… Bəs hərdən İqbal Ağazadə sevincini və ya kədərini paylaşmaq hissləri yaşayırmı?
- Mən elə hissləri paylaşmaqda mühafizəkar deyiləm. Amma duyğularım mənə aid olan bir şeydir. Mənə aid olanı paylaşmağı sevmirəm. Xarakter olaraq beləyəm.Mənim sevincim tutaq ki, kimisə kədərləndirir. Mən həmin adamı kədərləndirmək istəmirəm. Mənim kədərim də kimisə kədərləndirə bilər. Mən həmin adamı da kədərləndirmək istəmirəm.Mənim sevincim kimisə svindirə bilər. Ancaq həmin adam sevincimə sosial şəbəkəsiz də sevinəcək. Duyğularımla bağlı yanaşmam bir az fərqlidir. Fərdi, iki nəfərə aid olan duyğular var. Qrup üçün, çevrə üçün duyğulr var. Bu duyğuları müvafiq olaraq bu adamlarla bölüşəndə gözəl olur. Cəmiyyəti bununla yükləməyə ehtiyac yoxdur.Adamlar sanki bir dostluq xatirinə, yəni dostluğumda var, bir təbrik edirəm sözü yazım. Adamları niyə borclandırırsan? Mənim ad günüm kimin üçünsə əzizdirsə nömrəmi tapacaq, evimə gələcək və yaxud da zəng edəcək. “Təbrik edirəm”i hamımız yazırıq. Bu sadəcə işarə qoymaqdır ki, hə, mən bunu etdim. Mən belə duyğuları, hissləri sevmirəm.
- Amma Facebookda görürük ki, dostlarınızın içində sizi xeyli sevən var…
- Mən də dostlarımı çox sevirəm. Bəzən mən dostlarımı təbrik də edirəm. Bir az da geniş yazıram inboxlarına. Amma yazıram.
- Bütün hallarda olursuz da Facebooka?
- Əlbəttə, əlbəttə.
- Sizin tədbirlərinizdən olan şəkillərinizi dostlarınız vasitəsi ilə tez-tez görürük. Özəl anlarınızı izləyə bilirik. Amma sizin özünüzü heç aktiv görmürük. Təbii ki, jurnalistlərə sizing aktiv olmağınız sərf edir.
- Doğrudur.
“XƏTAİDƏ YAŞYAN SEÇİCI İLƏ GƏDƏBƏYDƏ YAŞAYAN SEÇİCİLƏRƏ EYNİ MESAJ VERƏ BİLMƏRƏM”
- Bəs seçki öncəsi mətbuatla piarınızı necə quracaqsınız?
- Bu barədə danışmaq hələ çox tezdir.
- Əvvəlkilərdən fərqli nəsə olacaqmı?
- Prezident seçkiləri deyil ki, Azərbaycan vətəndaşlarına vahid mesaj verəsən. Mən Xətaidə yaşyan seçici ilə Gədəbəydə yaşayan seçicilərə eyni mesaj verə bilmərəm. Ona görə də bu namizədlərə bağlı bir məsələdir. Nə qədər namizədin qeydə alınacağını gözləmək lazımdır.
- Kifayət qədər təcrübəniz var, bir neçə dəfədir ki, deputat seçilirsiniz. Bəs piar meneceri, seçki txnoloqu ilə işləmək təcrübəsi sizdə nə qədərdir?
- Mən özüm seçki texnoloquyam. Seçicinin də hansı mesaja nə cür cavab verdiyini kifayət qədər bilirəm.
- Yəni onların köməyindən istifafdə etmirsiniz?!
- Adətən mənim köməyimdən istifadə edirlər.
- Azərbaycanda nə zamansa bu insitut inkişaf edəcək?
“VƏZİFƏ BÖLGÜSÜNDƏ GEDƏ BİLƏRƏM”
- Mən çox istərdim o insitut burada qurulsun. Mən də böyük məmnuniyyətlə həmin insitutda məsləhətçi olardım.
- Biz bildiyimizə görə Azərbaycanda bir neçə partiya Avropadan gəlmiş bu cür texnoloqlardan istifadə edir…
- Bilirsiniz, rəqibimiz istifadə edə bilər. Bizim başqa roblemimiz var. Mən bunları mətbuat vasitəsi ilə demək istəməzdim.İlk olaraq biz həmin problemi həll etməliyik. Ümid Partiyası, 125-lər olaraq bu problem həll etməyə çalışırıq.
- Cəmiyyəti narahat edən məsələlərdən biri də “deputat-mandat alveri”nə dair fikirlərdir. Bu nə qədər problemdir bizdə? Bu məsələnin al-ver tərəfi təbii ki, arzuolunmazdır. Amma bəzi real danışıqlar gedə bilər. Yani rəqiblə mandat üçün danışıqlara gedə bilərsinizmi? Məsələn filan yerdən biz namizədimzii geri çəkək, başqa bir yerdən də rəqib çəksin…? Və ya rəqib partiyadan sizə belə bir təklif gəlib?!
- Nəticəsi nə olacaq?! Siyasət anlaşmadır, uzlaşmadır. Amma mən xalqın səsi üzərindən anlaşma, uzlaşma edə bilmərəm.Vəzifə bölgüsündə gedə bilərəm, amma seçki məsələsində gedə bilmərəm. Neçə ildir partiy sədriyəm, millət vəkiliyəm, mən bunları görməmişəm.
- Çox sağ olun müsahibə üçün. Təşəkkür edirik.
- Siz sağ olun. İşlərinizdə uğurlar arzu edirəm.