“Məhbus ailələri niyə Əfv Komissiyasına müraciət etmirlər?”
Tarix: 28-09-2015, 11:07 | Çap et
“Məhbus ailələri niyə Əfv Komissiyasına müraciət etmirlər?”
Hər gün onlarla məhbus ailəsindən Moderator.az - a müraciət olunaraq prezident İlham Əliyev tərəfindən əfv sərəncamıyla bağlı hər hansı yenilik olub - olmamasıyla maraqlanırlar.

Onların narahatçılığını və intizarını başa düşərək hansısa formada ovutmağa və hökmən hüquq müdafiəçilərindən bu barədə dəfələrlə eyni suala cavab istəməyə söz veririk və bunu da edirik. Amma təbii, özümüz də fərqindəyik ki, bu onlar üçün ucuz təsəllidən başqa bir şey deyil...

Elə növbəti dəfə müraciət etdiyimiz tanınmış hüquq müdafiəçisi, siyasi məhbus məsələləri üzrə hökumətlə birgə yaradılmış işçi qrupunun üzvü Mirvari Qəhrəmanlı də bizimlə həmrəydir:

"Məhbus ailələri niyə yığışıb özləri Əfv Komissiyasına, yaxud prezidentə müraciət etmirlər? Yaxud İşçi qrupuna daxil olan səlahiyyət sahiblərinə müraciət edilmir? Bəlkə o zaman hansısa qaneedici cavab almaq mümkün olsun. Axı bizim verdiyimiz sadəcə ehtimal və ya proqnozdur. Əfv ola bilər, yaxud yox. Bu isə real görünmür və ola da bilməz".





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net