![BDU-nun tələbəsi ağır qəzada öldü BDU-nun tələbəsi ağır qəzada öldü](/uploads/posts/2015-09/thumbs/1443420304_v.jpg)
Kamran Babazadə bu il ali məktəbə qəbul olunub və avtomobili də ona hədiyyə olaraq alıblar.
Xəbər verdiyimiz kimi, dünən Bakıda ölümlə nəticələnən daha bir yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az xəbər verir ki, Badamdar şosesi ilə 20-ci sahə istiqamətində hərəkətdə olan "Mitsubishi Pajero-İo" markalı, 99 FJ 658 nömrə nişanlı avtomobil idarəetmədən çıxıb və aşıb. Nəticədə avtomobilin sürücüsü, 1998-ci il təvəllüdlü Babazadə Kamran Alim oğlu hadisə yerində ölüb. Sərnişin, 1997-ci il təvəllüdlü Tağıyev Vüqar İlham oğlu isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Faktla bağlı araşdırmalar aparılır.
Avtosfer.az xəbər verir ki, qəzada həlak olan Kamran Babazadə Bakı Dövlət Universitetinin tələbəsi olub. O, bu il yüksək balla ali məktəbə qəbul olunubmuş. Avtomobili isə ona hədiyyə olaraq alıblar.
Mərhumun atası Alim Babayev facebook profilində qəza ilə bağlı status paylaşıb "Bu gün dünyam qaraldı. Mən məhv oldum".