Kommunistlər Putinin partiyasını hakimiyyətdən devirdilər
Tarix: 28-09-2015, 10:54 | Çap et
Kommunistlər Putinin partiyasını hakimiyyətdən devirdilər
Sentyabrın 27-də İrkutsk vilayətində regionun rəhbəri yerinə seçkilərin ikinci turu keçirilib. Modern.az Rusiya mediasına istinadən bildirir ki, bülletenlərin 97,4 faizi sayılandan sonra Rusiya Kommunist Partiyasından namizəd Sergey Levçenkonun İrkutsk vilayətinin yeni qubernatoru seçildiyi məlum olub. O, “Vahid Rusiya” Partiyasından olan rəqibi Sergey Yeroşenkonbu 15 faiz səslə üstələyib.

“Vahid Rusiya” Partiyası artıq səsvermənin nəticələrini tanıdığını, məğlubiyyətlə barışdığını bəyan edib.

“Bu rəqabətli və sərbəst seçki olub. Biz Rusiya Kommunist Partiyasının namizədi Sergey Levçenkounun qələbəsini etiraf edir və onu təbrik edirik. Bizim namizəd daha inamsız idi, hesab edirik ki, o, İrkutsk şəhəri seçicilərinin səsini qazana bilmədi”, - “Vahid Rusiya” Partiyasının mətbuat xidməti partiyanın Ali Şurasının katibi, Dövlət Dumasi spikerinin müavini Sergey Neverovun bu açıqlamasını yayıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net