Müğənni Kərim Abbasov dünyasını dəyişən qardaşından danışıb.
Axşam.az-ın məlumatına görə, “Onlar”a açıqlama verən ifaçı göz yaşını saxlaya bilməyib:
“Allah heç kəsə, düşmənə belə qardaş, əzizinin acısını qismət etməsin. Qardaşımı itirəndə mən faciə yaşadım, ölümlərdən qayıtdım. Belə cavan yaşında birini itirmək çətindir. Artıq 8 ildir yoxdur. 4 dost bir avomobildə qəzaya düşdü, hamısı dünyasını dəyişdi. Kim deyir ki, kişilər ağlamaz, boş söhbətdir. Hamımızın kövrələn günü var. Ürək boşalmalıdır”.