Vahabzadənin generalın üzünə tüpürməsi - Həqiqət
Tarix: 28-09-2015, 09:41 | Çap et
Vahabzadənin generalın üzünə tüpürməsi - Həqiqət
Yazıçı Firuz Mustafa mərhum xalq şairi Bəxtiyar Vahabzadə ilə xatirəsini bölüşüb. Axar.az xəbər verir ki, Firuz Mustafa şəxsi Feysbuk səhifəsində paylaşdığı statusda xalq şairi ilə sovet generalı arasında yaşanmış hadisənin tarixçəsinə aydınlıq gətirib: “20 Yanvar hadisələrinə görə Bəxtiyar Vahabzadənin AzTV-nin qarşısında üzünə tüpürdüyü adam Dubinyak yox, Ovçinnikov idi. Amma bəzi jurnalistlər bir az səhvə yol verirlər. Məsələ burasındadır ki, elə Bəxtiyar müəllim özü də söhbətlərində, habelə, yayımlanan məşhur lentdə Dubinyakın üzünə tüpürdüyünü deyir. Mən bir dəfə (kiçik bir məclisdə) bunu Bəxtiyar müəllimin özünə də dedim. O, mən deyəni təsdiq edib bildirdi ki, nədənsə Ovçinnikovun yox, bu alçaq Dubinyakın adı qalıb yadımda. Mən zarafatla dedim: “Bəxtiyar müəllim, görünür, bu “Dubinyak” adı “Dubinka” sözünə oxşadığına görə daha yaddaqalandır”.

O, gülərək “Yəqin ki, elədir”,– dedi”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
07-08-2025 16:22
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net