Daha bir media nümayəndəsi NAMİZƏD OLDU
Tarix: 22-09-2015, 18:11 | Çap et
Daha bir media nümayəndəsi NAMİZƏD OLDU
Birləşmiş Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Elçin Mirzəbəyli 1 noyabrda ölkəmizdə baş tutacaq parlament seçkilərində BAXCP-nin namizədi olaraq iştirak edəcək.

Bu barədə o, öz facebook profilindən məlumat paylaşıb. Vertikal.az Elçin Mirzəbəylinin statusunu oxuculara təqdim edir:

“Deputatlığa namizədliyimin irəli sürülməsi ilə bağlı sənədlər BAXCP-nin səlahiyyətli nümayəndəsi tərəfindən 73 saylı Lənkəran şəhər Dairə Seçki Komissiyasına təqdim olundu”.

Qeyd edək ki, bundan öncə teref.info saytının baş redaktoru Nurəddin Xoca, gundeminfo saytının redaktoru Razi Abasbəyli, Modern.az saytının baş redaktoru Elşad Eyvazlı, “Gündəlik Teleqraf” qəzetinin şef redaktoru Taleh Şahsuvarlı da parlament seçkilərində iştirak edəcəyini açıqlayıb. “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu bildirib ki, o, da yaxın zamanlarda parlament seçkiləri ilə bağlı yekun qərarını verəcək.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
07-08-2025 16:22
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net