Elmira Axundova oğlundan danışdı: "Allah qoysa, hər şeyi görəcəksiniz"
Tarix: 22-09-2015, 17:57 | Çap et
Elmira Axundova oğlundan danışdı: "Allah qoysa, hər şeyi görəcəksiniz"
Milli Məclisin deputatı Elmira Axundova 71 saylı Masallı Kənd Seçki Dairəsində deputatlığa namizədliyini irəli sürüb.

Oğlunun ittiham olunması ilə bağlı millət vəkili Elmira Axundova bildirib ki, bunların hamısı cəfəngiyyatdı, qurulmuş işdi: "Hal-hazırda sənədlərlə təsdiq olunub, prokurorluq tərəfindən oğlum zərərçəkmiş kimi tanınıb. Həbib Axundov bu işdə zərərçəkmişdir. Artıq oğlum Fərman Məmmədovu məhkəməyə verib. Hal-hazırda məhkəmə prosesi gedir. Məhkəmə prosesinin sonunda, Allah qoysa, siz hər şeyi görəcəksiniz".

E.Axundova artıq üçüncü dəfədir ki, seçkilərdə iştirak edəcəyini bildirib: "Seçkilərə inamla, ümidlə gedirəm. İnsanlar məni deputat görmək istəyir. Artıq 10 ildir ki, mən deputat kimi fəaliyyət göstərir və böyük işlər görmüşəm. Milli Məclisdə seçicilərimi layiqincə təmsil etmişəm. Fəal deputat olmuşam. Heç vaxt susmamışam. Qanun layihələrinin müzakirəsində iştirak etmişəm. Özüm tərəfindən onlarla qanun təşəbbüsləri irəli sürülüb. Bir neçə qanun təşəbbüsüm qanuna çevrilib. Mən ictimai həyatda da fəal idim. Bütün bunları nəzərə alaraq yenə də seçkilərə qatıldım. İmza vərəqlərini artıq topladım. Dünən axşam bütün sənədlərlə birlikdə mən onları Dairə Seçki Komissiyasına təqdim etdim".

Millət vəkili yeni qərargah da götürəcəyini bildirib: "Baxmayaraq ki, qərargahım, ofisim var başqa ayrıca qərargah da götürürəm. Həm mənim ofisimə, həm də seçki dairəsinə yaxındı.
Qərargah sentyabrın 28-dən fəaliyyət göstərəcək. Hələ ki, mənim komandam təbliğat aparır. Oktyabrın 9-da mən də təbliğat işində komandama qoşulacağam. Oktaybr ayında işlərimiz çox gərgin olacaq".

Onun sözlərinə görə, bir namizəd kimi deyil, fəaliyyətdə olan bir deputat kimi bu gün və sabah bayram sovqatlarını kasıb ailələrə paylayacaq: "Bunu həmişə edirəm. Bu dəfə də edəcəyəm. 10 il ərzində bayramlarda kasıb ailələrə bayram sovqatları paylamışam. Etməsəm, camaat məni pis başa düşər".

"Mən qələbəyə inanıram, xalqıma inanıram. Allah qoysa, Allahın köməkliyi ilə qələbə çalacağıq", -deyə Axundova bildirib.
O qeyd edib ki, hələ ki, namizədliyini irəli sürdüyü seçki dairəsində başqa kimlərin namizədliyinin irəli sürüləcəyini bilmir: "Bu proses davam edir. Hələ ki, güclü rəqib görmürəm".





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
07-08-2025 16:22
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net