HDP millət vəkili PKK-çılar qarşısında baş əydi - Foto
Tarix: 22-09-2015, 17:14 | Çap et
HDP millət vəkili PKK-çılar qarşısında baş əydi - Foto
Türkiyənin Xalqların Demokratik Partiyası (HDP) növbəti dəfə PKK terror təşkilatını açıq-aşkar dəstəklədiyini nümayiş etdirib.

Axar.az xəbər verir ki, partiyanın Şanlıurfa millət vəkili İbrahim Ayxan öldürülən PKK terrorçularının şəkillərini Tvitterdə paylaşaraq sensasiyalı sözlər yazıb:

“Dersimin üsyankar komandiri Baran Dersim və Kobani müqavimətinin azadlıq döyüşçüsü Əziz Gülər, xatirəniz qarşısında hörmətlə baş əyirik”.

Xatırladaq ki, ötən gün türk ordusunun əməliyyatları nəticəsində PKK-nın Tunceli vilayətinin Dersim rayonunun komandiri sayılan “Baran Dersim” kod adlı İsmayıl Aydəmir öldürülüb.

HDP millət vəkili PKK-çılar qarşısında baş əydi - Foto





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
07-08-2025 16:22
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net