"PKK-nı terror təşkilatı kimi tanımırıq" -ABŞ Dövlət Departamentindən sensasion açıqlama
Tarix: 22-09-2015, 16:02 | Çap et
"PKK-nı terror təşkilatı kimi tanımırıq" -ABŞ Dövlət Departamentindən sensasion açıqlama
ABŞ Dövlət Departamentinin mətbuat katibi Con Kirbi PKK-nın Suriya qolu YPG-nin terrorçu təşkilat olmadığını deyib.

Avropa.info xəbər verir ki, Vaşinqtonda keçirdiyi mətbuat konfransında jurnalistin “Türkiyə hökuməti YPG-ni terrorçu olaraq görür, ABŞ hakimiyyəti isə YPG-ə dəstək verir. İki dövlət arasında bu qədər kəskin fərq olduğu halda Türkiyə ilə birgə əməkdaşlığı necə aparıszı?” sualına “ABD YPG-ni terrorçu təşkilat kimi görmür” cavabı verib.

“Biz YPG-ni terrorçu təşkilat saymırıq. Suriyada İŞİD-ə qarşı mübarizədə uğur qazandıqlarını sübut etdilər. Əməkdaşlığımız davam edəcək. Türkiyə ilə də danışıqlarımızı davam etdiririk. “Hər mövzuda eyni fikirdə olmaq məcburiyyətində deyilik. Mübarizə apararkən harada, nə vaxt, əlinizdən nə gələrsə onu edərsiniz. Biz də bu mübarizəni belə aparırıq”.

Qeyd edək BMT-nin İsan Haqları qrupu yaydığı hesabatda YPG-nin terrorçu fəaliyyətini qınamış, onu vəhşiliklər törətmək, Suriyanın şimalında yaşayan əhalini zorla evdən çıxardığını göstərmişdi.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net