Səhiyyə Nazirliyi dönərxanaları hədəfə götürdü
Tarix: 22-09-2015, 12:41 | Çap et
Səhiyyə Nazirliyi dönərxanaları hədəfə götürdü
Bakıda fəaliyyət göstərən kiçik iaşə obyektləri sanitar qaydalara riayət etmir.

Bunu Trend-ə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma Gigiyenası şöbəsinin müdiri İmran Abdullayev deyib.

Onun sözlərinə görə, qaydalara riayət etməyənlər əsasən dönərxanalardır. Təmsil etdiyi qurum tərəfindən sanitar normalara cavab verməyən iaşə müəssisələri aşkarlanan zaman cəzalandırıldığını qeyd edən İ.Abdullayev vurğulayıb ki, sanitar qaydaları pozanlar əsasən bazarların kənarlarında və ya həmin obyektlərə yaxın ərazilərdə fəaliyyət gösətərən iaşə müəssisələridir: "Qaçqın və məcburi köçkünlərin məskunlaşdığı ərazilərə yaxın yerlərdə işləyən müəssisələr də bu qaydalara riayət etmirlər".

İ.Abdullayev qeyd edib ki, kiçik müəssisələr əti və digər ləvazimatları saxlamaq üçün tələblərə cavab verən soyuduculardan əksər hallarda istifadə etmirlər.

Qurum rəsmisi eyni zamanda, qaydalara riayət edən iaşə obyektlərinin də az olmadığını vurğulayıb. Onun sözlərinə görə, son zamanlar bu tendenisya artmaqdadır: “Sanitar qaydalara və tələblərə cavab verən böyük dönərxanalar da var. Həmin obyektlər sanitar normalara tam cavab verir və müştərilərin təhlükəsiz qidalanmaları üçün əllərindən gələni edirlər”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
07-08-2025 16:22
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net