
Tacir Şahmalıoğlu qardaşının ölümündən sonra oxuduğuna görə onu qınayanları cavabsız qoymayıb.
Gecce.az xəbər verir ki, bu barədə o, 5/5 verlişində danışıb:
"Qardaşımın 40 mərasiminə qədər toylarda iştirak etmədim. Yasda olduğumu nəzərə alıb, çağıranda olmadı.
Neçə il əvvəl atam avtomobil qəzası keçirmişdi, sümükləri qırılmışdı. O, xəstə yatan vaxtı eşitdi ki, toylara getməkdən imtina etmişəm. Ölümünə az qaldığını bilirdi.Yanına çağırıb dedi ki, "mən öləndən bir həftə sonra üzünü qırxdırmasan, toylara getməsən haqqımı sənə halal etməyəcəm. Sən sənətkarsan, kefindən toya getmirsən. Hamımız gözümüzü sənə dikmişik. Qazanıb gətirirsən, biz yeyirik. Əgər məni çox istəyirsənsə dediklərimi et". Qardaşım atamdan artıq deyil ki? Ailədə hər kəsin öz yeri var. Qardaşımı cavan itirdim, dağı böyükdü. Ailəmizdə kim qazanır, kim qazanmır söhbəti olmayıb. Neçə illərdir mən qazanıram, onlar yeyir halal xoşları olsun".