ATV-nin aparıcısını kimlər maliyyələşdirir?
Tarix: 22-09-2015, 10:46 | Çap et
ATV-nin aparıcısını kimlər maliyyələşdirir?
ATV-nin aparıcısı Şəhriyar Əbilov geyim mağazası açıb.

Publika.az-a danışan aparıcı gələcəkdə mağazasını brendə çevirəcəyini deyib:

“Biz üzdə olan insanlarıq, təbii ki, sənətimizlə pul qazana bilmirik. Geyimimiz, dolanışığımız üçün biznesimiz də olmalıdır. Gələcəkdə başqa ölkələrdə də geyim mağazaları şəbəkəsi yaratmaq və bunu məşhur brendə çevirmək niyyətindəyəm”.

Biznesdə aldanmamaq üçün işini ehtiyatlı tutduğunu deyən Ş.Əbilov maliyyə qaynaqlarını da açıqlayıb:


“Biznes elədir ki, burda aldana da bilərsən. Mən tək deyiləm və bu işi dostlarımla birgə həyata keçirirəm. Maliyyə məsələlərini onlar həll edir”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
07-08-2025 16:22
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net