Şabranda kürəkən qayınanasını döydü
Tarix: 22-09-2015, 10:40 | Çap et
Şabranda kürəkən qayınanasını döydü
Şabran rayonunda döyülmə faktı qeydə alınıb.

APA TV-nin məlumatına görə, rayonun Pirəbədil kənd sakini, 1963-cü il təvəllüdlü Qurbanova Tahirə Cəbrayıl qızı müxtəlif bədən xəsarətləri ilə Şabran Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Şabran Rayon Polis Şöbəsindən verilən məlumata görə, T. Qurbanova polisə kürəkəni və onun atası tərəfindən döyüldüyünü bildirib. Qarşı tərəf də öz növbəsində T. Qurbanovadan polisə şikayət edib. Onlar iddia edib ki, 52 yaşlı qadın onların evlərinin şüşələrini sındırıb.

Faktla bağlı Şabran RPŞ-də araşdırmalar davam etdirilir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
07-08-2025 16:22
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net