Əsəd ordusu Azərbaycan şəhərində dəhşətli qətliam törətdi (FOTOLAR)
Tarix: 21-09-2015, 18:07 |
Çap et
Təqribən iki saat öncə Suriyanın Hələb şəhərində dinc sakinlərə qarşı dəhşətli qətliam baş verib.
Avropa.info xəbər verir ki, Əsəd qüvvələrinin bombardmançı təyyarələri Hələb şəhərini bombalayıb. Bombardman nəticəsində əlli nəfərin öldüyü, altmışdan çox insanın isə yaralandığı bildirilir.
Ölən və yaralananların əsasən mülki vətəndaşlardan və ticarətlə məşğul olan tacirlərdən ibarət olduğu qeyd edilir.
Qeyd edək ki, bombardmanın atəşkəs üçün Fua və Kəfrayə danışıqlarının baş verdiyi bir vaxtda həyata keçirilməsi suallar doğurur.