Hacı Taleh və Sevil Nuriyevanın adı hallanan SİYAHI: prokuror həbs edildi
Tarix: 21-09-2015, 18:03 | Çap et
Hacı Taleh və Sevil Nuriyevanın adı hallanan SİYAHI: prokuror həbs edildi
Ötən il nurçu camaatın ABŞ-da yaşayan lideri Fətullah Gülən şəbəkəsinə məxsus media orqanları İranın dini-siyasi agentura şəbəkəsi üzvlərinin Türkiyədə fəaliyyəti və onların Azərbaycana qaçmaları barədə məlumatlar yaymışdı.

Yayılan məlumatlarda bildirilirdi ki, İrana bağlı “Salam-Tevhid” terror təşkilatına qarşı Türkiyə hüquq-mühafizə orqanlarının apardığı təhqiqatdan sonra bir qrup agent Azərbaycana qaçıb.
Modern.az saytı Türkiyə KİV-nə istinadən xəbər verir ki, “Salam-Tevhid” istintaqı çərçivəsində keçmiş prokuror Gültekin Avcı tutularaq həbxsxanaya göndərilib.

Məlumata görə o, İstanbul Baş Prokurorluğunun apardığı əməliyyat zamanı İzmirdə həbs olunub. Xatırladaq ki, kəşfiyyat mənbələrinin mətbuata sızdırdığı informasiyalarda qeyd olunurdu ki, “Salam-Tevhid” təşkilatının üzvü olanlar İranla əlaqələri ifşa olunduqdan sonra Azərbaycana qaçıb.

Bildirilirdi ki, “Salam-Tevhid” təşkilatının rəhbəri Seyid Əli Əkbər Mirvəkili və Nasir Qafari gizli əməliyyatın deşifrə edilməsini anlayaraq İrana və Azərbaycana üz tutublar. İran kəşfiyyatı isə onları əvəz etmək üçün yeni agentlər göndərib.

Lakin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana yaxın (o vaxt baş nazir idi) media orqanları belə bir iddia ortaya atmışdılar ki, Fətullah Gülənə məxsus paralel hökumət “Salam- Tevhid” istintaqı adı altında qanunsuz olaraq bir sıra insanların telefon danışıqlarını gizli dinləyiblər.

Telefonu dinlənilən 7 min nəfərlik siyahıda azərbaycanlıların - ilahiyyatçı Hacı Taleh Bağırzadə, Ankaradakı Geopolitik Araşdırmaları İnstitutunun sədri Hakim Əlizadə və tanınmış jurnalist Sevil Nuriyevanın da adının olduğu idda edilmişdi.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net