“Hər şeyimiz oğurlanmışdı, qızımla ac qaldım...”
Tarix: 21-09-2015, 16:24 | Çap et
“Hər şeyimiz oğurlanmışdı, qızımla ac qaldım...”
Əməkdar artist Naibə Allahverdiyeva “Yeri gəlmişkən” verilişinin qonağı olub. “Qafqazinfo”nun məlumatına görə, əməkdar artist Azərbaycanda aktrisaların qazancının az olmasından gileylənib:

“Qızım çox balaca idi, dayənin yanına qoydum, paltar sərməyə getdim. Gələndə gördüm ki, dayə qızımı ağzı üstə çevirib ki, səsi çıxmasın. Evdən hər şeyimi oğurlamışdı, qızım isə həyatda qalmaq üçün mübarizə aparırdı. Hər şeyimizi apardığı üçün qızımla ac qaldım. Ondan sonra qızımı özümlə teatra apardım. Xarici ölkələrdə aktrisalar yüksək qonorar alırlar, bizdə isə fərqlidir. Biz teatrın maaşı ilə dolanırıq. Bizim aktrisalar çox fədakardır. Qızımın da bu sənətə marağı vardı, amma əsəblərinin korlanmaması üçün aktrisa olmağa qoymadım”.

Qeyd edək ki, ötən il aktrisanın qızı Məryəm 590 balla Dillər Universitetinin İngilis və rus dili fakültəsinə daxil olub.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net