Rusiyalılar üçün Qarabağ kimindir?
Tarix: 21-09-2015, 16:21 |
Çap et
Rusiyada “Levada Mərkəz” tərəfindən keçirilmiş sorğunun nəticəsinə əsasən, rusiyalıların yarısı (49%) Abxaziya və Cənubi Osetiyanı (47%) müstəqil dövlət hesab edirlər. Digər yarısı isə onların respublika olduğunu bildirib.
Sorğunun nəticəsinə əsasən, Dnestryanı rəsmi müstəqillik statusuna malik olmalıdır.
Cənubi Osetiya və Abxaziyanı müvafiq olaraq 10% və 9% respondetlər Gürcüstanın hissəsi hesab edir. 21% Cənubi Osetiyanı, 20% isə Abxaziyanı Rusiyanın hissəsi hesab edir. Sorğuda iştirak edənlərin 22% və 21%-i cavab verməkdə çətinlik çəkib.
Cənubi Osetiya və Abxaziyanın müstəqil dövlət olmasının lehinə müvafiq olaraq 48% və 47% respondetlər cavab verib. Respublikaların Gürcüstanın tərkibinə daxil olmasına 7% və 8% respondentlər səs verib. 23% və 22% respondentlər hesab edir ki, onlar Rusiyaya birləşməlidirlər. 23% suala cavab verməkdə çətinlik çəkib.
Sorğuda iştirak edənlərin 49%-i hesab edir ki, Dnestryanı üçün ən yaxşı status müstəqil dövlət statusu ola bilər. 17% isə regionun Moldovanın tərkidində qalmasının lehinə səs verib. 34% suala cavab verməkdə çətinlik çəkib.
Sorğunun nəticələrinə əsasən, Dağlıq Qarabağın müstəqilliyini respondentlərin 42%-i dəstəkləyib, 10%-i isə regionun Azərbaycana, 9%-i isə Ermənistana verilməsini təklif ediblər. Respondentlərin 39%-i suala cavab verməkdə çətinlik çəkib.
Qeyd edək ki, sorğu 21-24 avqust tarixində keçirilib. Sorğuda iştirak etmiş respondentlərin sayı 800 nəfər olub (oxu.az).