Əli Kərimlinin partiyasında pul davası (FOTO)
Tarix: 21-09-2015, 15:28 |
Çap et
AXCP-nin Əli Kərimli kəsiminin Nərimanov şöbəsinin keçirməyə çalışdığı konfransdan sonra təşkilaçılarla sifarişçilər arasında pul qalmaqalı başlayıb.
Cebhe.info xəbər verir ki, sosial şəbəkələrdə konfransa gətirilən şəxslərə pul vəd edildiyi, ancaq tədbirdən sonra vəd edilən vəsaitin ödənilmədiyi haqqında məlumatlar yayılıb. Belə ki, konfrans iştirakçılarından ancaq 7 nəfərin partiya mənsubiyyəti olduğu, digərlərini isə müəyyən məbləğ qarşılığında konfransda iştiraka razılıq verdiyi vurğulanıb. Ancaq konfrans bitdikdən sonra vəd edilən vəsait ödənilmədiyindən qalmaqal yaranıb və tərəflər rəhbərlikdə təmsil olunan şəxsləri ittiham edib. Konkret olaraq pul qalmaqalında Əli Kərimlinin müavini Fuad Qəhrəmanlının adı çəkilib. Məlumatlara görə, Fuad Qəhrəmanlı konfransdan sonra söz verilən pulları təşkilatçılara çatdırmayıb.
“Gülnar Salam” adlı “Facebook” istifadəçisi, əslində isə ACXP Əli Kərimli qanadınada təmsil olunan Nərimanov rayon şöbəsinin fəalı Namiq Salam ona vəd edilən vəsaitin ödənilmədiyini iddia edib. Onun Əli Kərimli qanadının Xətai şöbəsinin üzvü Ağasəid Hüseynli ilə “inbox” yazışmasında özü ilə bərabər, konfransa 5 nəfər gətirdiyini, ancaq ona vəd edilən 30 manatı ala bilmədiyini vurğulayıb. Buna görə də konfransa gətirdiyi şəxslərin yanında biabır olduğunu bildirərək pulun tezliklə ödənilməsini tələb edib.
Məsələ kifayət qədər rezonans doğurub və diqqəti çəkib. AXCP-dən Əli Kərimlinin yarıtmaz siyasətinə etiraz edib bəyanat verərək, AXCP Etimaq Qurultayının sədri Razi Nurullayevi dəstəkləyən Elvin Baycan Facebook yazıçmasını sosial şəbəkədə yayaraq “Fuad Qəhramanlı 180 manata ayaqqab alır, amma onun-bunun pullarına goz dikib. Bunlarla hakimiyyətəmi gəlmək istəyirdiniz? Ağaseyid Hüseynli, bu idi sənin dəqiq mləumatlarin?” deyə vurğulayıb.
Bu, təbii ki partiyanın Əli Kərimli qanadında baş verənlərin ancaq müəyyən hissəsidir. Lakin bu fakt belə əslində nələrin baş verdiyini, böyük bir partiyanın avtoritar idarəçiliklə hansı səviyyəyə gətirildiyinin sübutudur.