Rusiyanın Suriyaya nə qədər hərbçi göndərdiyi məlum oldu
Tarix: 21-09-2015, 13:36 |
Çap et
Suriyanın Tartus limanının maddi-texniki təchizat məntəqəsində Rusiya HDQ-nin 1700 hərbi mütəxəssisi var.
Avropa.info xəbər verir ki, bu haqda “Kommersant” qəzetinə bazaya ezam edilən müqavilə əsasında işləyən hərbi qulluqçulardan biri deyib. Onun sözlərinə görə, münaqişə başlayan zaman bazanın personalı bir neçə nəfərdən ibarət idi. Qəzetə danışan mənbə bildirib ki, rusiyalı hərbçiləri əsas limandakı obyektləri qoruyur.
Mənbəyə görə, Rusiyanın Tartusda yerləşən hərbi bazasını modernləşdirmək planı var. Bazanın genişləndirildikdən sonra Aralıq dənizində üzən esmines və desant gəmilərini qəbul edə biləcək.
Qeyd edək ki, sentyabr ayı başlayandan Rusiyanın Suriyadakı hərbi mövcudiyyəti ilə bağlı dünya KİV-lərində məlumatlar gedib.
Rəsmi Moskva Dəməşqə hərbi kömək göstərdiyini inkar etmir. Rusiya Lazkiyədəki aerodromuna və Tartus limanına göndərdiyi hərbçiləri təmir işlərinin aparılması ilə əlaqələndirir.