PKK sülh üçün 3 şərtini açıqladı: “Əks halda döyüş daha 30 il uzanacaq”
Tarix: 21-09-2015, 13:34 | Çap et
PKK sülh üçün 3 şərtini açıqladı: “Əks halda döyüş daha 30 il uzanacaq”
PKK terror təşkilatı Türkiyəni təhdid edərək sülh danışıqlarının bərpa olunması üçün şərtlərini açıqlayıb.

Publika.az xəbər verir ki, terror təşkilatının Şimali İraqdakı əsas qərargahı sayılan Qəndildə Almaniyanın “Der Spiegel” jurnalının müxbirlərini qəbul edən PKK liderri döyüşləri başlayan tərəfin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan olduğunu deyib.

PKK-nın qurucularından olan Əli Haydar Kaytan təşkilatın illər ərzində çox dəyişdiyini, artıq müstəqil bir dövlət istəmədiklərini bildirib: “Yalnız muxtariyyət istəyirik. Döyüşlərin yenidən başlanmasının yeganə günahkarı Ərdoğandır. PKK-nın hücumları isə Türkiyə təhlükəsizlik güclərinin hücumlarına qarşı cavabdır. Ərdoğan bizə döyüş elan edib və biz də özümüzü müdafiə edirik”.

Döyüşlərin hansı halda yenidən sülh prosesinə çevriləcəyinə gəlincə, Kaytan PKK-nın şərtlərini açıqlayıb: “Bu ancaq üç şərtin yerinə yetiriləcəyi halda mümkün olar. Türkiyə ordusu hava hücumlarını dayandırmalı, Abdullah Öcalan sərbəst buraxılmalı və neytral bir ölkə vasitəçilik etməlidir. Məsələn, ABŞ vasitəçiliyi edə bilər. Başqa variant yoxdur. PKK-nın yeni döyüşçüləri daha radikaldır. Biz yaşlı nəsil olaraq razılaşma üçün son şansıq. Əks halda döyüş daha 30 il uzana bilər”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net