Prezidentin gəmisi yandı - Video
Tarix: 21-09-2015, 12:47 | Çap et
Prezidentin gəmisi yandı - Video
“Napoli” futbol klubunun prezidenti Aurelio Da Laurentisin şəxsi gəmisi yanıb.

Axar.az xarici mətbuata istinadən xəbər verir ki, şəxsi heyətlə birlikdə gəmidə olan 12 nəfərin və klub prezidentinin həyatını xilas etmək üçün əraziyə helikopter göndərilib.

Müəmmalı yanğın hadisəsi “Napoli-Lazio” oyunundan bir neçə saat əvvəl baş verib. Yanğının səbəbi hələ ki məlum deyil.

Qeyd edək ki, əfsanəvi futbolçu Fabio Kannavaro yanğını anbaan lentə alıb və İnstaqram hesabında paylaşıb.






Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net