“Mən ölmüşəm, ilim də çıxıb...”
Tarix: 21-09-2015, 12:31 |
Çap et
Xalq artisti İlhamə Quliyeva ölümünü istəyənlərdən söhbət açıb. “Qafqazinfo”nun məlumatına görə, xalq artisti “Onlar”a açıqlamasında bildirib ki, ölməsi üçün ona cadu edirlər:
“Kim kimə ölüm arzu edirsə, o adam ondan əvvəl öləcək. Mənə ölüm arzulayanın qarşımda öləcəyini demişəm. Heç kimə ölüm arzu etmirəm, yaşasınlar, uğurlarımı görsünlər. Buradan Dubaya cadu etmək üçün gedirlər. Rusiyada böyük toy məclisi olmalı idi, orda çox zəngin insanlar Nuri Sərinləndirici ilə mənim oxumağımı istəyiblər. Buradakı bəzi üzdəniraqlar Moskvaya gediblər, həmin adamları tapıblar. Şou-biznesdən olan həmin şəxs deyib ki, başın xarabdır, istəyirsən İlhamə toyunda ölsün? O iynə-dərmanla yaşayır, gəlib toyda ölər. O sözləri deyən adam başa düşmür ki, xalqın, mənim qarşımda canlı meyitdi. Mən ölmüşəm, ilim də çıxıb. Nə qədər ölməyimi istəsələr, çox yaşayacam”.