
Bakıda tikinti alətləri və materiallar oğurlamaqda şübhəli bilinən keçmiş məhkum tutulub.
Bakı şəhər Baş Polis İdarəsindən (BŞBPİ) Trend-ə verilən məlumata görə, Sabunçu RPİ 12-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, iyulun 15-nə keçən gecə Balaxanı qəsəbəsi C.Cahangirov küçəsində yaşayan Rəşad Əliyevin həyətindəki saxlanc yerindən pəncərəni açmaq yolu ilə tikinti alətləri, iyulun 25-də isə Əhəd Əliyevə məxsus Ramana qəsəbəsi Şuşa şəhərciyində yeni inşa olunan evdən eyni üsulla tikinti alətləri və materiallar oğurlamaqda şübhəli bilinən Yardımlı rayon sakini, əvvəllər məhkum olunmuş 1980-ci il təvəllüdlü Ruslan Qənbərov tutulub.
R.Qənbərovla bağlı keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində müəyyən edilib ki, o fevralın 20-dən sentyabrın 2-dək olan müddətdə Bakı şəhər sakinləri Zamiq Məmmədrzayevin, Sərxan Cəfərovun, Arzu Osmanovun, Manaf Mehdiyevin, Mohəmməd Əkbərovun və Cəlil Muradovun evlərindən açıq pəncərədən keçməklə təmir-tikinti alətləri oğurlayıb.